Sabiq prezident bu dəfə də Ukraynanı tərk edə bilmədi
29 may 2022 06:15 (UTC +04:00)

Sabiq prezident bu dəfə də Ukraynanı tərk edə bilmədi

Ukraynanın Dövlət Sərhəd Xidməti ikinci dəfə sabiq prezident Petro Poroşenkonun ölkəni tərk etməsinə icazə verməyib.

Lent.az-ın xəbərinə görə, bu barədə Ali radanın deputatı Viktoriya Sumar Tvitterdə yazıb.

“Bu dəfə QR kod oxundu, ezamiyyət həqiqi idi. NATO-nun parlament Assambleyası işinə başlamışdı. Lakin sərhədçilər bildirdilər ki, sənədlər qaydasında deyil” – deyə deputat qeyd edib.

Qeyd edək ki, mayın 27-də də Poroşenkonu Vilnüsdə keçiriləcək NATO-nun tədbirinə getməsinə Sərhəd xidməti icazə verməmişdi. 

# 1671
avatar

Oxşar yazılar