Rusiyanın 10 diplomatı ABŞ-dan QOVULUR
15 aprel 2021 17:20 (UTC +04:00)

Rusiyanın 10 diplomatı ABŞ-dan QOVULUR

ABŞ Rusiyanın Vaşinqtondakı diplomatik missiyasının 10 əməkdaşını ölkədən çıxarır.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, ABŞ Prezidenti Co Bayden Rusiyaya qarşı sanksiya tətbiq edilməsi barədə Fərman imzalayıb.

Sanksiyada Rusiyanın Vaşinqtondakı diplomatik missiyasının 10 əməkdaşının ölkədən çıxarılması da nəzərdə tutulur.

"Birləşmiş Ştatlar Rusiyanın Vaşinqtondakı diplomatik missiyasının 10 əməkdaşını ölkədən çıxarır. Əməkdaşlar arasında Rusiya xüsusi xidmət orqanlarının nümayəndələri var”, - deyə Ağ evin bəyanatında bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1950
avatar

Oxşar yazılar