Rusiyada silah-sursat anbarında yanğın oldu - VİDEO
19 avqust 2022 00:36 (UTC +04:00)

Rusiyada silah-sursat anbarında yanğın oldu - VİDEO

Rusiyanın Belqorod vilayətinin Valuyski rayonunun Timonovo kəndi yaxınlığında sursat anbarı yanıb.

Lent.az xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov “Telegram” kanalında məlumat verib.

Son məlumatlara görə, itki yoxdur.

Rayon rəhbərliyi kənd sakinlərini təhlükəsiz əraziyə təxliyə edib.

Yanğının səbəbi müəyyənləşdirilir.

Timonovo kəndində təxminən 530 nəfər yaşayır.

Kəndin Ukrayna ilə sərhədə qədər olan məsafəsi təxminən 5400 metrdir.

# 909
avatar

Oxşar yazılar