Yekaterinburqda Rusiya vətəndaşı olan 9 azərbaycanlı saxlanıldı, 2 qardaş öldürüldü - YENİLƏNİB 2
28 iyun 2025 00:37 (UTC +04:00)

Yekaterinburqda Rusiya vətəndaşı olan 9 azərbaycanlı saxlanıldı, 2 qardaş öldürüldü - YENİLƏNİB 2

Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin ( FSB)  azərbaycanlı Səfərovlar ailəsinin yaşadıqları müxtəlif ünvanlara keçirdiyi əməliyyat nəticəsində 9 nəfər saxlanılıb.

Lent.az xəbər verir ki, APA-nın Rusiya bürosunun əldə etdiyi məlumata görə, saxlanılanlar hamısı qardaş və əmioğludurlar.

Məlumata görə, hazırda iki nəfər vəziyyəti ağır olduğu üçün xəstəxanada saxlanılır, digər 9 nəfər isə polisdədir. Saxlanılanlar hamısı Rusiya vətəndaşı olan azərbaycanlılardır.

Əməliyyat zamanı qətlə yetirilən iki qardaşdan biri- Hüseyn Səfərov Azərbaycan, Ziyəddin Səfərovun isə Rusiya vətəndaşıdır. Səfərov qardaşlarının cənazələrinin sabah   ailələrinə təhvil veriləcəyi bildirilir.

Əslən Ağdam rayonundan olan Səfərov qardaşları restoran biznesi ilə məşğul olublar. Yekaterinburqda yerləşən “Kaspi” restoranı onlara məxsus olub. 
Rəsmi təsdiqlənməyən məlumata görə, Səfərovlar ailəsinə qarşı əməliyyat keçirilməsinə səbəb 2001-ci ildə Ağdam rayonundan olan Yunis adlı şəxsin qətl hadisəsi olub.

***

23:58

Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları azərbaycanlılara qarşı əməliyyat keçirib, iki nəfər öldürülüb.

APA-nın Rusiya bürosunun əldə etdiyi məlumata görə, əməliyyat Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən həyata keçirilib.

Belə ki, bu gün səhər saat 5 radələrində FSB əməkdaşları Yekaterinburq şəhərinin müxtəlif ünvanlarında yaşayan, Rusiya vətəndaşları, əslən Azərbaycanın Ağdam rayonundan olan Səfərovlar ailəsinin yaşadığı ünvanlarda əməliyyat keçirib.

FSB əməkdaşlarının mənzillərə basqını zamanı Ziyəddin və Hüseyn Səfərov qardaşları qətlə yetirilib, döyülmə nəticəsində 8 nəfər, o cümlədən Səfərovların qardaşı Bakir Səfərov müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Xəstəxanaya yerləşdirilənlərdən Akif, Ayaz, Kamal, Məzahir Səfərovların vəziyyəti ağır qiymətləndirilir.

Yekaterinburqda yaşayan həmyerlilərimizin verdikləri məlumata görə, əməliyyat 2001-ci ildə Səfərovların kafesində törədilən bir qətl hadisəsinə görə keçirilib.

Rusiyanın e1.ru saytı saxlanılanların 50 nəfərdən çox olduğunu yazıb.

Məlumata görə, saxlanılanlar Lenin küçəsi 17 üvanında yerləşən polis idarərinə aparılıblar.

"Onları tutub aparırlar. Bəziləri çağırılanda özləri gəlib, bəziləri isə gizlənir. Deyirlər, qatili axtarırlar. Baş idarədən bir dəstə polis, İstintaq Komitəsinin müstəntiqləri gəlib", - şahidlərdən biri E1.RU-ya bildirib.

Rusiyanın rəsmi orqanları hələlik hadisə barədə açıqlama verməyib.

Qeyd edək ki, qətlə yetirilən Səfərov qardaşları tanınmış ədəbiyyatşünas, "525-ci qəzet"in baş redaktor müavini Seyfəddin Hüseynlinin qardaşlarıdır.

***

23:00

“OMON dəstələri bu gün Rusiyada iki qardaşımı da öldürüblər.”

Bunu Lent.az-a aıçıqlamasında ədəbiyyatşünas Seyfəddin Hüseynli bildirib.

Seyfəddin Hüseynli bildirib ki, qardaşları; Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb.

Qeyd edək ki, bu gün Rusiyanın Yekaterenburq şəhərində OMON dəstəsi azərbaycanlıların evinə basqın edib.

Nəticədə Səfərov Ziyəddin Mehdi oğlunu işgəncə ilə öldürüblər. O biri qardaşlarını da naməlum istiqamətə aparıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1171

Oxşar yazılar