Rusiyada azərbaycanlı qarpız satanlar bir-birini BIÇAQLADI
03 oktyabr 2022 18:26 (UTC +04:00)

Rusiyada azərbaycanlı qarpız satanlar bir-birini BIÇAQLADI

Moskva vilayətinin Çexov şəhərində iki azərbaycanlı arasında mübahisə bıçaqlanma ilə nəticələnib.

Lent.az yerli KİV-ə istinadən xəbər verir ki, şəhərin Çelalova küçəsində qarpız satan bir azərbaycanlı ilə digər həmyerlisi arasında insident yaranıb. 

Nəticədə qarpız satan həmyerlilər bir-birilərinə bıçaq zərbəsi vurublar. Onlardan biri yaralanaraq xəstəxanaya yerləşdirilib. Digəri isə saxlanılıb.

Hazırda faktla bağlı araşdırma aparılır. 

# 1974
avatar

Fidan İlqar

Oxşar yazılar