Rusiyada 10 mindən çox ev su altında qaldı
08 aprel 2024 06:15 (UTC +04:00)

Rusiyada 10 mindən çox ev su altında qaldı

Rusiyanın Orenburq vilayətində sel nəticəsində 10 168 fərdi yaşayış evini su basıb.

Lent.az xəbər verir ki, bu barədə vilayət qubernaturu məlumat verib.

Bildirilib ki, 18 471 təsərrüfat sahəsi daşqından zərər görüb.

77 yaşayış məntəqəsi və su altındadır. Bundan başqa, 31 bələdiyyədə 47 körpü nəqliyyatın hərəkətinə bağlanıb. 

Qeyd olunur ki, ən çətin vəziyyət Orskdadır.

Burada 6641 ev su altında qalıb.

Ümumilikdə şəhərdən 689-u uşaq olmaqla iki mindən çox insan təxliyə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3186
avatar

Oxşar yazılar