Rusiya Ukraynanı "Bayraktar"a görə TƏHDİD ETDİ
09 avqust 2022 14:49 (UTC +04:00)

Rusiya Ukraynanı "Bayraktar"a görə TƏHDİD ETDİ

Ötən gün Ukrayna hökumətinin ölkə ərazisində "Bayraktar" zavodunun tikintisi ilə bağlı ikitərəfli sazişi təsdiqləyərək ratifikasiya üçün parlamentə göndərdiyini xəbər vermişdik. 

Lent.az xəbər verir ki, bu gün rəsmi Moskva bununla bağlı mövqeyini ortaya qoyub.

Kremlin mətbuat katibi Dmitri Peskov mətbuata açıqlamasında bildirib ki, əgər Ukraynada “Bayraktar” pilotsuz uçuş aparatları istehsal edən zavod inşa olunacaqsa, onlar dərhal demilitarizasiyaya məruz qalacaq.

O, həmçinin, əlavə edib ki, belə obyektin yaradılması faktı yəqin ki, ukraynalıların əzablarını artıracaq, bunu anlamaq lazımdır.

 

# 1017
avatar

Oxşar yazılar