Qəzaya uğrayan təyyarədəydi: 10 gün sonra  sağ tapıldı
01 iyul 2022 15:40 (UTC +04:00)

Qəzaya uğrayan təyyarədəydi: 10 gün sonra sağ tapıldı

On günlük axtarışlardan sonra “An-2” təyyarəsinin qəzaya uğraması nəticəsində sağ qalan sərnişin tapılıb.

Lent.az-ın Rusiya KİV-ə istinadla xəbərinə görə, sağ qalan sərnişin 36 yaşlı Pavel Krivoşapkindir. Onu həkimlərin müayinə etdiyi və ciddi xəsarətinin olmadığı bildirilir. Krivoşapkinin xilasedicilərin yanına təkbaşına getdiyi də deyilir.

Qeyd edək ki, iyunun 21-də Yakutiyada göyərtəsində üç nəfərin olduğu “An-2” təyyarəsi itkin düşüb. Təyyarə Us Xatın - Şaquli - Us Xatın marşrutu üzrə hərəkət edib.

Təyyarənin qalıqları iyulun 1-də Kobyaiski vilayətində dağın yamacında tapılıb. “An-2” təyyarəsinin qəzaya uğradığı yerdə iki ölü cəsədi də aşkarlanıb.

# 1956
avatar

Oxşar yazılar