Papua Yeni Qvineyanın Enqa əyalətində qəbilə toqquşmaları nəticəsində azı 53 nəfər ölüb.
Lent.az xəbər verir ki, bu barədə “ABC Australia” yerli polisə istinadla məlumat yayıb.
Məlumata görə, qurbanlar pusquda öldürülüb. Bu hadisə ölkənin yaxın tarixində ən böyük qətl hadisəsidir.