Malayziyadan olan qadın ərini tanış olmamışdan bir neçə il əvvəl çəkilmiş köhnə selfisində tapıb.
Lent.az xəbər verir ki, bu barədə “New York Post” yazıb.
Cenn Çianın dediyi kimi, o, ərini 2012-ci ildə - toylarından təxminən 11 il əvvəl çəkilmiş fotoda görüb. Qadının dediyinə görə, şəkil teatr kafesində çəkilib və əlində bir qədəh şərab olub.
"Mən hələ də ona baxaraq titrəyirəm" - deyə Jenn hisslərini bölüşdü.
Onun əri, 33 yaşlı Con Liddelə gəlincə, o, kassada növbəyə dayanarkən təsadüfən kameralara tuş gəlib.
Bununla belə, Cenn əlavə edib ki, o zaman əri ilə görüşmədiyinə sevinib. O, əmindir ki, bu halda ailə həyatı qura bilməyəcəkdilər.