Putinin qalibiyyəti problemdir - AÇIQLAMA
15 fevral 2024 22:22 (UTC +04:00)

Putinin qalibiyyəti problemdir - AÇIQLAMA

"Əgər Prezident Putin Ukraynada qalib gəlsə, bu, bizim üçün də problemdir".

Lent.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq alyasın müdafiə nazirlərinin iclasından sonra yekun brifinqdə deyib.

O bildirib ki, bu, Putinlə yanaşı digər avtoritar rejimdə olan ölkə liderlərlərinə - Si Cinpinə hərbi güc tətbiq etməklə istədiklərinə nail olmağı aşılayır:

"Ukraynada olanlar sabah Tayvanda da baş verə bilər. Bu, bizim və ABŞ-nin təhlükəsizliyi üçün vacibdir. Buna görə də mənim gözləntim odur ki, bu, ABŞ Konqresində qərarda öz əksini tapsın. Müstəqil suveren Parlament və ya Milli Assambleya adından nəyəsə zəmanət vermək mənim işim deyil, amma mesajlara, siyasi reallığa və ABŞ-nin təhlükəsizlik maraqlarına əsaslanaraq, prezident Putinin qalib gəlməsinə imkan verməyəcəklərini gözləyirəm. Digər tərəfdən təbii ki, ABŞ-nin indiyə qədər qərar verə bilməməsi artıq öz nəticələrini verib. Bu, yardım axınına təsir göstərir", - Stoltenberq qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4359
avatar

Oxşar yazılar