Polisdən qaçan avtoxuliqan 6 piyadanı vurdu
26 iyun 2022 07:22 (UTC +04:00)

Polisdən qaçan avtoxuliqan 6 piyadanı vurdu

Nyu-Yorkun Bruklin məhəlləsində avtomobilin  izdihama çırpılması zamanı 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Lent.az xəbər verir ki, bu barədə New York Post qəzeti məlumat yayıb.

Qəzet yazır ki, polisin təqibindən qaçan avtoxuliqan piyadaların olduğu səkiyə çıxıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 4 nəfər ağır travma alıb. Xəsarət alanlardan biri uşaqdır. Daha bir nəfərin zədəsi yüngül olduğu üçün ilkin tibbi yardımdan sonre evə buraxılıb.

Qəzanı törədən sürücü saxlanılıb.

# 2352
avatar

Oxşar yazılar