Polis tutuquşu   sayəsində narkoşəbəkəni ələ keçirdi
19 avqust 2025 18:54 (UTC +04:00)

Polis tutuquşu sayəsində narkoşəbəkəni ələ keçirdi

Böyük Britaniyanın Blekpul şəhərində polis bütöv bir narkotacir dəstəsini danışan tutuquşu sayəsində ifşa edə bilib. Ağıllı quşun, axmaq narkotacirlərin və sosial şəbəkələrin “ittifaqı” hüquq-mühafizə orqanlarının cinayətkarların izinə düşməsini xeyli asanlaşdırıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, dişi danışaan tutuquşu Manqonu küçə narkotacirinə xas üslubda danışmağa öyrədiblər. Məsələn, o, “iki ədəd 25-ə” deyirdi ki, bu da iki narkotik vahidinin hərəsinin 25 funt sterlinqə satılması demək idi.

Tutuquşu Şennon Hiltona məxsus idi — o, 2023–2024-cü illərdə həbs kamerasından “narkoimperiya”nı idarə edən Adam Qarnettin sevgilisi idi. Polis Qarnettin kamerasına basqın edəndə telefonlar, Wi-Fi routerləri və Manqonun narkotik pullarının dəstələri ilə oynadığı kadrları tapıb.

İstintaq Qarnettin izini təcridxanadan başlayaraq onun ən yaxın çevrəsinə qədər izləyib. Beləliklə, onlar Hiltona çıxıblar. O, təkcə Manqonun “iki ədəd 25-ə” sözlərini uşaq qarşısında deməsini videoya çəkməklə kifayətlənməyib, üstəlik bunu əyləncəli sayıb. Tutulanlar arasında sosial şəbəkələrdə öz cinayətlərini sözün əsl mənasında sənədləşdirən bir neçə köməkçi də olub.

Bütün dəstə sosial şəbəkələrə o qədər aludə olmuşdu ki, polislərə sadəcə ora baxmaq kifayət edirdi. Amma hətta onların arasında da bir nəfər xüsusilə diqqət çəkirdi — Qaret Bördjes. Onun videolarında o, Blekpuldakı küçələrdə gəzərək pulları göstərir və törətdiyi cinayətlər haqqında rep oxuyurdu.

Nəticədə, ümumilikdə 15 dəstə üzvü məhkəmədə özünü təqsirli bilib. Qarnettə 19 il 6 ay, Hiltona 12 il, digərlərinə isə 5 ildən 10 ilə qədər həbs cəzaları verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 300

Oxşar yazılar