Amerika Birləşmiş Ştatlarında homoseksual cütlük övladlığa götürdükləri oğullarını zorladığına görə yüz il həbs cəzasına məhkum edilib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, prokuror Randi Makginleyin sözlərinə görə, Uillyam və Zakari Zulock şərti azadlığa buraxılma imkanı olmadan bir əsrlik həbs cəzasına məhkum ediliblər.
“The New York Post” yazır ki, kişilərin qurbanları onların övladlığa götürdükləri, hazırda 12 və 10 yaşında olan övladları olub. Onlar Atlantanın varlı bir məhəlləsində yaşayıblar. Aydın olur ki, kişilər mütəmadi olaraq oğlanları intim əlaqəyə məcbur ediblər və baş verənləri videoya çəkiblər.