Oğurluğa girmişdi, kondisioneri qoşub yatdı
04 iyun 2024 18:04 (UTC +04:00)

Oğurluğa girmişdi, kondisioneri qoşub yatdı

Hindistanda Uttar Pradeş ştatında evə oğurluğa girən şəxs kondisioneri yandıraraq yuxuya gedib.

Lent.az xarici mediaya istinadla bildirir ki, iyunun 2-də Luknoudan olan doktor Sunil Pandeyin qonşuları onun evinin darvazasının bir qədər açıq olduğunu görüblər. Adam evdə olmadığı üçün qonşular bundan şübhələniblər. Onlar Pandeyə zəng edərək baş verənlərlə bağlı xəbərdarlıq ediblər və o, polisə müraciət edib.

Hadisə yerinə gələn polislər qonaq otağının döşəməsində bir kişinin yatdığını görüblər. Məlum olub ki, evə girən oğrudur. Hava isti olduğu üçün kişi kondisioneri görüb işə salıb və başının altına yastıq qoyaraq yuxuya gedib. 

Oğrunu oyatmazdan və onu həbs etməzdən əvvəl polis onun fotolarını çəkib.

Polis rəisinin izah etdiyi kimi, oğru evi qarət etmək istəyib, lakin sərin otaqda dincəlmək perspektivi çox cəlbedici olub. Həmin şəxs saxlanılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4041

Oxşar yazılar

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

19 iyul 2025 , 03:16
Ankarada  leysan   fəsadlar törətdi

Ankarada leysan fəsadlar törətdi

18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38
"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23