O qədər öskürdü ki, xayası qopdu  - Görülməmiş HADİSƏ
11 aprel 2025 19:46 (UTC +04:00)

O qədər öskürdü ki, xayası qopdu - Görülməmiş HADİSƏ

Tibbi praktikada nadir bir hadisə yaşanıb. ABŞ-da güclü öskürəkdən sonra 68 yaşlı kişinin xayası kortəbii şəkildə qopub. İndiyədək əvvəlcədən travma, infeksiya və ya onkoloji proses olmayan belə hallar qeydə alınmayıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, xəstə şiddətli öskürək epizodundan sonra sağ qasıq və xaya nahiyəsində qəfil ağrı, həmçinin şişkinlik şikayəti ilə təcili yardıma müraciət edib. Həkimlər sürətlə böyüyən hematoma aşkar edərək əməliyyat keçiriblər.

Əməliyyat zamanı xayanın cırıldığı və ətrafdakı toxumaların qanaxma nəticəsində xeyli zədələndiyi aşkarlanıb. Orqanı qorumaq mümkün olmadığı üçün həkimlər orxiektomiya - xayanın çıxarılması əməliyyatı keçiriblər.

Məlum olub ki, xəstənin bilmədiyi ürək-damar problemlərinin bütöv bir kompleksi var: ejeksiyon fraksiyasının azalması ilə ürək çatışmazlığı, ağciyər ürək xəstəliyi və NSTEMI işemiyası. Bundan əlavə, KT müayinəsi zamanı qarın aortasının böyük anevrizması və sol böyrəyin ehtimal olunan xərçəngi aşkar edilib. 

Xəstəxanaya yerləşdirilərkən kişi anevrizma ilə bağlı endovaskulyar əməliyyat da keçirib.

Bir neçə gün reanimasiyada və kardiologiya şöbəsində əlavə müalicə kursu keçdikdən sonra xəstənin vəziyyəti sabitləşərək, ağırlaşma olmadan evə buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1426

Oxşar yazılar