Rusiya Daxili İşlər Nazirliyi Aleksey Navalnının qardaşı Oleqi növbəti dəfə axtarışa verib.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, onun Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə axtarışda olduğu qeyd edilir.
Qeyd edək ki, 2022-ci ilin yanvarında da Federal Penitensiar Xidmət vəsatət qaldırdıqdan sonra Oleq Navalnı axtarışa verilib.