Tailanddan olan 36 yaşlı quraşdırma işçisi qarğıdalı tarlasının ortasında körpə ilə rastlaşaraq onu xilas edib.
Lent.az xəbər verir ki, bu barədə The Thaiger məlumat yayıb.
Anoşa Çui doqquz aylıq uşağı günəş enerjisi ilə işləyən lampalar quraşdırarkən tapıb. O, işləyərkən yaxınlıqdakı qarğıdalı sahəsindən gələn uşaq qışqırığını eşidib. Kişi səsin ardınca getdikdə canlı körpənin əli çıxmış mavi çantaya rast gəlib.
Çui hadisə barədə dərhal polisə məlumat verib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və xilasedicilər gəlib. Uşaq təcili yardım üçün xəstəxanaya yerləşdirilib. O, hazırda xəstəxanadadır, vəziyyəti stabildir. Polis körpənin valideynlərini axtarır.