Başqırdıstanın Aurqazinski bölgəsində meşəyə gedən ər-arvadı ildırım vurub.
Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
53 yaşlı qadın həmin an dünyasını dəyişib. Əri isə bir anlıq huşunu itirib, ayılanda həyat yoldaşının öldüyünü görüb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırmaya başlayıb.