Meşə yanğınlarında ölənlərin sayı 100-ü keçdi
05 fevral 2024 05:13 (UTC +04:00)

Meşə yanğınlarında ölənlərin sayı 100-ü keçdi

Çilinin Valparaiso bölgəsində baş verən meşə yanğınları nəticəsində ölənlərin sayı 100 nəfəri ötüb.

Lent.az xəbər verir ki, bu barədə Çilinin Tibbi Ekspertiza Xidməti məlumat yayıb.

“Bu günə qədər 100-dən çox cəsəd qəbul edilib”, - deyə məlumatda bildirilib.

Bundan əvvəl Çili Prezidenti Qabriel Boriç 64 nəfərin öldüyünü bildirmişdi. O etiraf edib ki, faciə qurbanlarının sayı artacaq. Ölkədə iki günlük matəm elan edilib.

Fevralın 2-də Prezident yanğınlarla əlaqədar Valparaisoda fövqəladə vəziyyət elan edib. Bundan əlavə, yanğınsöndürənlərin sərbəst hərəkətini təmin etmək üçün rayon ərazisində saat 08:00-dan 12:00-dək komendant saatı tətbiq olunub. Səlahiyyətlilərin məlumatına görə, alov 40 min hektardan çox ərazini əhatə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4293
avatar

Oxşar yazılar