"Mən tanrıyam" deyib prezidenti vurmaq istədi
05 aprel 2024 14:32 (UTC +04:00)

"Mən tanrıyam" deyib prezidenti vurmaq istədi

Argentinanın təhlükəsizlik naziri Patrisiya Bullriç sosial şəbəkədə bildirib ki, əlində taxta olan şəxs ölkə prezidenti Xavyer Mayliyə hücum etmək istəyib.

Lent.az-ın xarici KİV-ə istinadla məlumatına görə, o, deyib ki, taxta ilə silahlanmış şəxs Buenos-Ayresdəki Casa Rosada-ya girməyə cəhd edib. Həmin adam Argentina liderinin iqamətgahına yaxınlaşıb və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Polis məmuru kişinin bel çantasında palıd ağacından hazırlanan balta sapı görüb və onu saxlayıb.

“Pagina12” qəzetinin yaydığı məlumata görə isə, saxlanılan şəxs özünün tanrı olduğunu və terror aktı törədəcəyini deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3252
avatar

Oxşar yazılar