"Mən helikopterdə deyildim..." - Rəisini müşayiət edən jurnalist DANIŞDI
19 may 2024 20:05 (UTC +04:00)

"Mən helikopterdə deyildim..." - Rəisini müşayiət edən jurnalist DANIŞDI

İran Prezidentin heyəti ilə birlikdə Culfaya ezam olunmuş televiziya müxbirlərindən biri “Xəbər” telekanalının canlı yayınında hadisə barədə danışıb.

Lent.az-ın məlumatına görə, müxbir hazırda Vərziqan şəhərindəki Süngün mis mədəninin yaxınlığında olduqlarını deyib: 
"Helikopterin GPS-i göstərir ki, burada çətin eniş edib. Hava dumanlıdır, görmə məsafəsi 5-6 metrdir. Ərazidən keçmək çox çətindir. Yalnız bəzi avtomobillər hərəkət edə bilir və bu, axtarışı çətinləşdirib.”

Müxbir əlavə edib: “Mən helikopterdə deyildim və quru yol vasitəsilə geri qayıtdım. Prezidenti müşayiət edən üç helikopter olub, onlardan ikisi geri qayıdıb. Prezident Təbriz Neft Emalı Zavodunun keyfiyyətinin yüksəldilməsi ilə bağlı açılışa görə bu şəhərə getməli idi. Hava soyuq və dumanlıdır. Bu şərait Prezidentin helikopterinin çətin enişinə səbəb olub.”

O, hava şəraiti ilə bağlı əlavə edib: “Hava çox dumanlıdır və duman çox qısa müddətdə yox olur. Amma yenə yeni duman dalğası gəlir. Hazırda dumanın səviyyə o qədər yüksəkdir ki, görmə məsafəsi 10 metrdən aşağı düşüb".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5145
avatar

Oxşar yazılar