Nigeriyada Məhəmməd Peyğəmbəri təhqir etdiyi bildirilən qadın diri-diri yandırılıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Amaye adlı qadın Niger ştatının Mariga rayonunda yemək satırmış.
Polis hadisəni pisləyib və əhalini sakitliyə çağırıb, eyni zamanda günahkarların axtarışının davam etdiyini açıqlayıb.
Qeyd edək ki, Nigeriyanın şimalındakı 12 ştatda şəriət qanunları qüvvədədir və küfr ölüm cəzası ilə nəticələnə bilər.
Xatırladaq ki, ölkədə bu kimi hadisələr əvvəllər də yaşanıb. 2023-cü ildə Sokotoda bir qəssab, 2022-ci ildə isə xristian tələbə Debora Samuel eyni ittihamla kütlə tərəfindən qətlə yetirilib.