Makedoniyalı İskəndərin atasının qalıqları  tapıldı
16 fevral 2024 10:21 (UTC +04:00)

Makedoniyalı İskəndərin atasının qalıqları tapıldı

Arxeoloqlar 1977-ci ildə qədim yunan məqbərəsində tapılan qalıqların Makedoniyalı İskəndərin atası kral II Filippə aid olduğunu təsdiqləyiblər. Bu barədə məlumatı Daily Mail yayıb.

Lent.az-a verilən xəbərə görə, əvvəlcə məzarda Makedoniyalı İskəndərin atasının, oğlunun və böyük ögey qardaşının qalıqlarının olduğu güman edilib. Lakin əlavə araşdırmalardan sonra elm adamları ata və ögey qardaşın səhv identifikasiyası olduğu qənaətinə gəliblər.

Artıq ekspertlər əmindirlər ki, əvvəllər ögey qardaşın qalıqları hesab edilən skelet əslində Makedonskinin atasına, atanın skeleti isə ögey qardaşın qalıqlarına aiddir.

II Filipp (e.ə. 383 və ya 382 - e.ə. 336) Makedoniyanın Argead kralı olub, eramızdan əvvəl 359-336-cı illərdə hökmranlıq edib. O, kral III Amintasın üçüncü oğlu idi və qardaşı III Perdikkanın ölümündən sonra hakimiyyətə gəlib. II Filipp güclü ordu yaradaraq iqtisadiyyatı inkişaf etdirərək ölkədə vəziyyəti sabitləşdirə bilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4998
avatar

Oxşar yazılar