Lukaşenko hərbçilərə  vətəndaşlara atəş açmağa   icazə verdi
06 fevral 2024 13:24 (UTC +04:00)

Lukaşenko hərbçilərə vətəndaşlara atəş açmağa icazə verdi

Belarusda hərbçilər vətəndaşlara qarşı silah tətbiq etmək hüququ alıblar. 

Lent.az xarici KİV-ə istinadən bildirir ki, Belarusun “Qayun” qrupu Aleksandr Lukaşenkonun Silahlı Qüvvələrin Daxili Xidmətinin Nizamnaməsinə daxil etdiyi dəyişikliklərə diqqət çəkib.

Xüsusilə, Belarus rəhbəri nizamnamənin 11-ci maddəsinin dəyişdirilməsini göstəriş verib. Yeni versiyaya görə, hərbi qulluqçuların vətəndaşlara qarşı fiziki güc və silah tətbiq etmək hüququ var. Vətəndaş xəsarət aldıqda və ya öldükdə bu barədə prokurora, habelə ibtidai istintaq orqanına dərhal məlumat verilir, lakin silahdan “ümumi hərbi qaydanın tələblərinə uyğun olaraq istifadə edildiyi təqdirdə vurulmuş zərərə görə hərbi qulluqçu məsuliyyət daşımır”, - sənəddə deyilir.

Məlumata görə, Nizamnamədə əvvəllər qeyd edilirdi ki, “hərbi qulluqçular tərəfindən səlahiyyət həddini aşaraq fiziki qüvvədən, xüsusi vasitələrdən, silahlardan, hərbi və xüsusi texnikadan istifadə edilməsi qanunvericilik aktları ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4341
avatar

Oxşar yazılar