Krımda partlayış olan aviabazanın PEYK GÖRÜNTÜLƏRİ  yayıldı
11 avqust 2022 12:51 (UTC +04:00)

Krımda partlayış olan aviabazanın PEYK GÖRÜNTÜLƏRİ yayıldı

Rusiyanın nəzarətində olan Krımın qərb hissəsində yerləşən Saki aviabazası çərşənbə axşamı bir nəfərin ölümü ilə nəticələnən silsilə partlayışlardan sarsılıb.

Lent.az-ın məlumatına görə, ABŞ-da yerləşən “Planet Labs” aviabazanın peykdən çəkilən fotolarını paylaşıb.

Şəkillərdən aydın olur ki, partlayışlar nəticəsində böyük ərazi yanıb, həmçinin, hərbi hava obyektinə böyük zərər dəyirb, bir neçə döyüş təyyarəsi zədələnib. 

Qeyd edək ki, Ukrayna məsuliyyəti öz üzərinə götürməyib, lakin yeni fakt hücumun məqsədli olma ehtimalı yaradır.

Bazanın uçuş-enmə zolağı zərər görməsə də, ən azı 8 döyüş təyyarəsinin zədələndiyi və ya yararsız hala düşdüyü görünür.

Zərər görən təyyarələrin çoxu anqarlardan uzaq, bazanın açıq sahəsində olub.

Ukrayna, Rusiya, müharibə

Aviabaza partlayışdan əvvəl, 9 avqust.

Ukrayna, Rusiya, müharibə

Aviabaza partlayışdan sonra, 10 avqust.

# 2121
avatar

Oxşar yazılar