Britaniya hakimiyyət orqanları xərçəng diaqnozu qoyulan kral III Çarlzın ölümü ilə bağlı plan hazırlayır.
Lent.az-ın Britaniya mediasına istinadən xəbərinə görə, plan “Menai körpüsü əməliyyatı” adlanır.
Tədbirlər planı Böyük Britaniya hökumətinə, polisə, hərbi və kəşfiyyat xidmətlərinə, həmçinin kralla əlaqəli özəl təşkilatlara şamil edilir.
Plan gücün mümkün qədər rahat ötürülməsini təmin etmək üçün nəzərdə tutulub. Əvvəlcə Vərəsəlik Şurası kralın ölümü və yeni hökmdarın hakimiyyətə gəlməsi ilə bağlı rəsmi bəyanat verəcək, daha sonra kralın cəsədi olan tabut xüsusi salonda nümayiş etdiriləcək. Vestminster Abbeyində dəfn mərasimi və cənazə xidməti ilə kilsə xidməti keçiriləcək, daha sonra cənazə Vindzor qəsrinə aparılacaq və burada Müqəddəs Georgi kapellasındakı xüsusi məzarda dəfn ediləcək.
Xatırladaq ki, 75 yaşlı kralın prostat vəzində xərcəng şişi aşkarlanıb.