Koronavirus xəstəxanasında işə dözə bilməyib intihar etdi
19 mart 2021 19:41 (UTC +04:00)

Koronavirus xəstəxanasında işə dözə bilməyib intihar etdi

İngiltərənin Derbişir qraflığından bir tibb qardaşı koronavirus xəstəxanasındakı işin öhdəsindən gələ bilməyəcəyindən qorxub və intihar edib. 

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, 51 yaşlı Culian Kerli 20 ildən çox tibb qardaşı işləyib. Pandemiya zamanı hər gün xəstəxanaya getməkdən qorxub və şəxsi həyatındakı problemlərdən əziyyət çəkib.

2020-ci il iyulun 15-də kişinin dostları və ailəsi onun sağlamlığından qorxaraq polisə müraciət ediblər. 

Hüquq-mühafizə orqanlarının əməkdaşları ingilisin yataq otağında gizlədilən bıçaq aşkar ediblər və yaxınlarına təcili müalicə üçün psixiatriya xəstəxanasına aparılmasını tövsiyə ediblər.

O,  müayinə üçün psixiatriya xəstəxanasına aparılıb.

Derbişirin Bernaston kəndindəki bir körpünün yanında maşın dayandıqda özünü birdən çölə atıb. O, maşına qayıtmaqdan imtina edərək özünü öldürüb. Yanında olan bacısına isə yalnız “Bağışla” deyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2517
avatar

Oxşar yazılar