Konstitusiya Məhkəməsi baş naziri vəzifəsində saxladı
24 mart 2025 06:55 (UTC +04:00)

Konstitusiya Məhkəməsi baş naziri vəzifəsində saxladı

Koreya Respublikasının Konstitusiya Məhkəməsi Milli Assambleyanın (parlament) arqumentləri ilə razılaşmayıb və baş nazir Han Dok Sunun impiçmentini rədd edib.

APA xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidmətinin bəyanatında deyilir.

"Martın 24-də Konstitusiya Məhkəməsi baş nazir Han Dok Suya qarşı impiçment ərizəsini rədd etmək qərarına gəldiyini elan edib.", - bəyanatda dfeyilir.

Məlumatda qeyd olunur ki, səkkiz hakimdən yalnız biri baş nazirin impiçmentini təsdiqləyib.

Nəticədə Han Dok Su vəzifəsinə bərpa edilib və onun prezident səlahiyyətlərini icra edən statusu da bərpa edildi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 794

Oxşar yazılar