Keçmiş prezidentin qızı malikanəsini 36 milyona satdı
17 fevral 2024 09:24 (UTC +04:00)

Keçmiş prezidentin qızı malikanəsini 36 milyona satdı

Özbəkistanın birinci prezidentinin kiçik qızı Lola Kərimova-Tillayeva və onun əri Timur Tillayevlə əlaqəli şirkət Beverli Hillsdəki Le Palais malikanəsini 36 milyon dollara satıb. Bu barədə “The Wall Street Journal” yazır. Alıcının adı məlum deyil.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, təxminən 4450 kvadratmetr sahəsi olan malikanə 2013-cü ildə alınıb. Məlumata görə, cütlük onu 33 milyon dollara alıb. Məhəmməd Hadidin tikdirdiyi bu nəhəng malikanənin qapalı hovuzu, 200 qonaqlıq zalı, 40 nəfərlik kinoteatrı, 10-dan çox avtomobil tutumu olan yeraltı qarajı və masaj otağı olduğu bildirilir.

Lola Kərimova-Tillayeva və Timur Tillayev “The Wall Street Journal”ın sorğularına cavab verməyiblər.

Lola Kərimovanın Los-Ancelesdə ən dəbli və məşhurlar tərəfindən sevilən Bel Air bölgəsində dörd dəbdəbəli sarayın sahibi olması faktı 2015-ci ildə məlum olub.

2020-ci ildə üç villanın satıldığı bildirilib. Bu villalar 2014-cü ildə 16,1 milyon dollara alınıb və icarəyə verilib. Lola Kərimova və Timur Tillyayev “Variety”nin məlumatına görə, Beverli Hillsdəki Le Palais malikanəsində yaşayıblar. Malikanə Lola Kərimovanın “The Harmonist” adlı ətir mağazasına piyada az məsafədədir.

Bu ev onların ən bahalı mülkü deyil. Nəşr yazıb ki, ailə Beverli Hills, Paris və İsveçrə arasında yaşayır. Onların Cenevrədə 47 milyon dollara aldıqları ev də var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12993
avatar

Oxşar yazılar