Filippində qumarxanaların “xaç atası” hesab olunan çinli Liu Donq həbs edilib.
Lent.az xarici mediaya istinadla bildirir ki, avtoritet Prezident yanında Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Komissiyasının əməkdaşları tərəfindən dünən Binyang şəhərində saxlanılıb.
Çin vətəndaşı Filippində POGO sektoru ilə (kazinolar şəbəkəsi) əlaqəli və ölkədə hubların yaradılmasına cavabdeh olan ən nüfuzlu kriminal avtoritetlərdən biri hesab olunur.