Kanalizasiya quyusu faciəyə yol açdı
31 iyul 2022 14:01 (UTC +04:00)

Kanalizasiya quyusu faciəyə yol açdı

Gürcüstanda iki nəfər kanalizasiya quyusuna düşüb.

Lent.az-ın “newsgeorgia.ge” saytına istinadən verdiyi xəbərə görə, hadisə azərbaycanlıların yaşadığı Marneuli şəhərində baş verib.

Kanalizasiya quyusunu təmizləmək üçün çağırılmış işçi və ona quyudan çıxmağa kömək etməyə çalışan ev sahibi həyatını itirib.

Xilasedicilər hadisə yerinə gələn zaman onların hər iki huşsuz olub, xəstəxanaya aparılarkən təcili yardım maşınında keçiniblər.

# 2352
avatar

Oxşar yazılar