Kanadadan olan bir kişi həkimdən əlindəki iki sağlam barmağı amputasiya etməyi xahiş edib, çünki bu iki barmaq onu qıcıqlandırıb.
Lent.az xəbər verir ki, “Oddity Central” nəşri məlumat yayıb.
Psixoloqlar uzun müddət kişi ilə işləyib, ona qeyri-invaziv müalicə variantları təklif ediblər, lakin cəhdlərin heç biri uğurlu alınmayıb. Psixiatrik müayinədən sonra xəstənin cərrahlar tərəfindən həyata keçirilən könüllü amputasiyaya ehtiyacı olduğu aşkar edilib.
Bildirilir ki, əməliyyatdan sonra kanadalının emosional vəziyyəti nəzərəçarpacaq dərəcədə yaxşılaşıb.