Türkiyədə Çağlayan məhkəmə binasına silahlı hücum nəticəsində yaralananlardan daha biri həyatını itirib.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu prezident Rəcəb Tayyib Ərdoğan rəsmi çıxışı zamanı deyib.
Onun sözlərinə görə, xəstəxanaya aparılan hadisə qurbanlarından daha biri dünyasını dəyişib. Ölkə başçısı hadisə zamanı ölənlərin ailələrinə baş sağlığı verib.
***
13:41
İstanbul şəhərində Çağlayan məhkəmə binasına silahlı hücum olub.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, polislərə hücum edən 2 nəfər hadisə yerində öldürülüb. 3-ü polis olmaqla 5 nəfər isə yaralanıb. Onlar xəstəxanaya çatdırılıb.
Binada təhlükəsizlik tədbirləri gücləndirilib.
Qeyd edək ki, öldürülən cinayətkarlardan biri qadın, digəri kişi olub.