“Peyvənd olunanlara bir gün istirahət verilməlidir və bunu düzgün hesab edirəm”.
Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu təkliflə Çelyabinsk Qubernatoru Aleksey Teksler çıxış edib.
O bildirib ki, bəzi vətəndaşlar peyvənddən sonrakı ilk günün çətin olacağından narahatdırlar və bu səbəbdən onlara növbəti gün evdə qalma fürsəti verilməlidir:
“Belə bir qərar işəgötürənlər tərəfindən verilə bilər. Bununla bağlı bölgədə fəaliyyət göstərən sənaye müəssisələrinə və Sahibkarlar İttifaqına müraciət edilib”.