İranda polislər kişini arvadının yanında döyüb öldürdülər - VİDEO
06 oktyabr 2022 10:05 (UTC +04:00)

İranda polislər kişini arvadının yanında döyüb öldürdülər - VİDEO

İranın İsfahan şəhərində mülki geyimli polislərin qandonduran cinayəti yayılıb.  

Lent.az bu barədə "MOUZE" telegram kanalına istinadən xəbər verir. Bildirilir ki, bir neçə gün öncə çəkilmiş videoda mülki geyimli polislərin vətəndaşı arvadının yanında yerə yıxaraq döydüyü müşahidə olunur.  

Vəziyyətinin ağır olması ilə sezilən şəxs bir neçə dəqiqə sonra ayağa qalxaraq səndələyərək motosikletə minir, bir neçə metr irəlidə huşunu itirir, sonra isə motosikletdən yıxılır.  

Videonu yayan şəxsin dediyinə görə, bu şəxs xəstəxanaya aparıldıqdan sonra ölüb.

# 4485
avatar

Oxşar yazılar