İranda bəhai qadinlar HƏBS EDİLDİ
27 iyul 2022 17:18 (UTC +04:00)

İranda bəhai qadinlar HƏBS EDİLDİ

İranda bəhailərin həbsi davam edir. 

Lent.az teleqram kanallarından birinə istinadən xəbər verir ki, İranın Şiraz şəhərində bəhai təriqətinə inanan 3 qadın ölkənin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Onlar 22 yaşlı Nigar Eyqani, 21 yaşlı Şəqaiq Xane Zərrin və 41 yaşlı, 2 azyaşlı uşaq anası Jeyla Şərəfi Nəsrabadidir və onlar bəhai təriqətinə mənsub İran vətəndaşlarıdır.

Etibarlı mənbələrin bildirdiyinə görə, tutulan qadınlar həbs müddətində ailələri ilə yalnız qısamüddətli telefon əlaqəsi yarada bilib və onların hansı ittihamlarla həbs edilməsi barədə indiyə qədər heç bir məlumat verilməyib.

Qeyd edək ki, İranda müsəlman, özəlliklə şiə olmayan və digər məzhəblərə inanan vətəndaşlar hökumətin daimi təzyiqləri ilə üzləşirlər və bu basqılar bir çox hallarda onların həbsi ilə nəticələnir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3474
avatar

Sevinc Fərid

Oxşar yazılar