İtaliyada içərisində 7 nəfər olan helikopter radarlardan itib.
Lent.az xarici mediaya istinadən bildirir ki, Lucca şəhərindən havaya qalxan helikopter ilə Modena səmalarında əlaqə kəsilib. Məlumata görə, salonda 3 italyandan başqa 4 Türkiyə vətəndaşı da var.
Onların Lucca şəhərindən Treviso şəhərinə təmizlik kağızı istehsal edən şirkətin açılışına getdikləri qeyd olunur.
Hazırda axtarış tədbirlərinə İtaliya və Türkiyənin Daxili İşlər Nazirlikləri cəlb olunublar.