“Hizbullah” terror qruplaşması İsraillə potensial müharibəyə görə vahimə içindədir.
“Hizbullah” terror qruplaşması Livanın paytaxtı Beyrutdan yüksək rütbəli zabitləri və hərbi texnikasını təxliyyə prosesinə başlayıb. Yaraqlılar son bir həftə ərzində ehtimalı xeyli artmış İsraillə genişmiqyaslı silahlı münaqişənin mümkün başlanmasından qorxurlar.
Lent.az-ın xəbərinə görə, bu barədə ərəb mediası yazır.
Qeyd olunur ki, Livan qrupu Beyrutun cənub ətraflarında yerləşən qalalardan yüksək rütbəli zabitlərini təxliyə edir. Bu yolla “Hizbullah” onları İsrail ordusunun potensial hücumlarından qorumağa çalışır.
Bundan əlavə, iranpərəst terror təşkilatı Livan paytaxtının ətraflarında yerləşdirilmiş hərbi texnikanı daha təhlükəsiz hesab etdikləri ərazilərə köçürür.
Livan və İsrail arasında mümkün genişmiqyaslı müharibə qorxusuna görə beynəlxalq aviaşirkətlər avqustun 2-də hər iki ölkəyə uçuşları ləğv etməyə başlayıb.
Air India, Yaxın Şərqdə gərginləşən vəziyyətin yaratdığı təhlükəsizlik narahatlıqları səbəbindən avqustun 8-dək Təl-Əvivə və oradan bütün uçuşların müvəqqəti dayandırıldığını elan edib.
Polşanın LOT aviadaşıyıcısı da oxşar qərar qəbul edib. O, Livan və İsrailə planlaşdırılan səkkiz reysin ləğv edildiyini açıqlayıb.
İsrail hakimiyyəti bildirib ki, ölkə “Hizbullah”la genişmiqyaslı müharibədə maraqlı deyil, lakin qruplaşmanın atəşi dayandırmayacağı təqdirdə buna hazırdır.
Son zamanlar İsrailin şimalında baş verən raket hücumlarından biri 12 uşağın ölümünə səbəb olub və Livan-İsrail sərhədindəki vəziyyəti daha da gərginləşdirib. Qüds buna cavab olaraq Həsən Nəsrullah Fauda Şukranın sağ əlini məhv edib.