Gürcüstanın keçmiş prezidenti pulsuz qaldı
23 aprel 2025 15:46 (UTC +04:00)

Gürcüstanın keçmiş prezidenti pulsuz qaldı

Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili bloqqerlər Vladimir Kuznetsov (Vovan) və Aleksey Stolyarov (Lexus) ilə söhbətində ABŞ-dan maliyyə çatışmazlığını etiraf edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Kuznetsov və Stolyarov özlərini şahmatçı və müxalifətçi Qarri Kasparov kimi təqdim ediblər.

Onlar onun adından maliyyə yardımı etməyə hazır olduqlarını bildiriblər və həmçinin ABŞ hökumətindən hansı dəstəyə ehtiyac olduğunu öyrənməyi xahiş ediblər. Zurabişvili etiraf edib ki, hazırda Gürcüstan müxalifət hərəkatı “kritik məqamda”dır.

“Birincisi, bunlar ümumilikdə mediadır, xüsusən də regional mediadır. Onlar məhdud büdcələrlə işləməyə öyrəşiblər, lakin indi bu qədər cüzi məbləğlər belə yoxdur. Onlar çox çətin vəziyyətdədirlər” deyə Zurabişvili bildirib.

Zurabişvili əlavə edib ki, sosial məsələlərlə, seçkilərlə məşğul olan həmkarlar ittifaqları və qeyri-hökumət təşkilatlarının da pula ehtiyacı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 16058

Oxşar yazılar