Brüsseldə iğtişaşlara görə futbol fanatları saxlanıldı -VİDEO  -YENİLƏNİB
28 noyabr 2022 06:23 (UTC +04:00)

Brüsseldə iğtişaşlara görə futbol fanatları saxlanıldı -VİDEO -YENİLƏNİB

Hüquq-mühafizə orqanları Belçika-Mərakeş oyunundan sonra baş verən iğtişaşlarda 10 nəfəri saxlayıb.

Lent.az xəbər verir ki, bu barədə BFM TV məlumat yayıb.

***

20.40

Belçika komandasının dünya çempionatında məğlubiyyətindən sonra Brüsseldə iğtişaş baş verib.

Lent.az-ın Belga agentliyinə istinadla xəbərinə görə, məğlubiyyətdən sonra azarkeşlər avtomobilləri zədələyib, iş yerlərinə ziyan vurublar.

İğtişaşların qarşısını almaq üçün paytaxta əlavə qüvvələr cəlb olunub. Şəhər meri sakinləri mərkəzi küçələrə getməməyə çağırıb.

Qeyd edək ki, bu gün Qətərdə keçirilən dünya çempionatında Belçika komandası Mərakeşə 0:2 hesabı ilə uduzub.
 

# 3555
avatar

Oxşar yazılar