Hindistanın cənubundakı Tamil Nadu ştatında fişəng zavodunda partlayış baş verib.
Lent.az xəbər verir ki, bu barədə Hindistan polisi məlumat yayıb.
Hadisə nəticəsində 10 nəfər ölüb, 9-u ağır yaralanıb.
Partlayış ştatın Virudhunaqar rayonunda baş verib.
Polisin məlumatına görə, partlayış baş verən zaman işçilər zavodda olublar.
Yaralılar dövlət xəstəxanasına yerləşdiriliblər.