Tehranın Kərəc zindanında 10 məhbus edam olunub.
Lent.az xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.
Onlardan 8-nin qətldə, ikisinin isə qeyri-qanuni cinsi münasibətdə olduqları üçün edama məhkum edildiyi bildirilir.
Edam olunanlarla əlaqəli İran məhkəmə sistemi və rəsmi dövlət mediası heç bir məlumat yaymayıb. Buna görə də ölənlərdən yalnız ikisinin – İman Səfərirad və Mehdi Xalgəldinin kimliyi müəyyən edilib.
Qeyd edək ki, edam olunmuş məhkumlar eyni vaxtda dar ağacından asılıb.