Əri ilə mübahisə edən qadın küçədə uşaq doğdu
08 aprel 2021 15:19 (UTC +04:00)

Əri ilə mübahisə edən qadın küçədə uşaq doğdu

İngiltərənin Birminqem qraflığının Satton Koldfild şəhərinin sakini əri ilə təcili yardım çağırıb-çağırmayacağı ilə bağlı mübahisədən sonra evinin qarşısındakı yolda doğuş edib.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, 34 yaşlı müəllimə Anna-Mariya Dakersin axşamdan ağrıları başlayıb və bütün gecə davam edib. Səhər anası sancılar dözülməz  hala gələndə qadını xəstəxanaya aparıb. Dörd saat gözlədikdən sonra həkimlər qadını vanna və parasetamol qəbul etməsi üçün evə göndəriblər. Ancaq qayıdan kimi doğuş başlayıb.

Qadın ərindən təcili yardım çağırmasını xahiş edib. Kişi isə evləri xəstəxanaya yaxın olduğu üçün piyada getməyi təklif edib. 

“Hər şeyi dramatikləşdirməyə meylliyəm, amma vaxtında xəstəxanaya çatmayacağımız hissi var idi. Məni maşının yanına aparmağa çalışdı, amma dözə bilməyəcəyimi anladım və doğuşa başladım”, - Dakers söyləyib. 

Dakers ərinin müşaiyəti ilə evin yanında dayanan maşına tərəf getdikdə doğuş başlayıb. Qonşular qadının fəryadlarını eşidib və dəsmal götürərək köməyinə qaçıblar. Qadın doğuş edərkən əri telefonla həkimlərlə məsləhətləşib. 

Nəticədə qadın sağlam uşaq dünyaya gətirib və adını Cek qoyublar. Təcili yardım həkimləri isə doğuşdan sonra gəliblər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2955
avatar

Oxşar yazılar