Ən yaxın dostunun atasından hamilə qaldı
20 fevral 2024 16:57 (UTC +04:00)

Ən yaxın dostunun atasından hamilə qaldı

Amerikalı qadın ən yaxın dostunun atasına aşiq olub və ondan hamilə qalıb. Bu barədə “Daily Mirror” məlumat yayıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Coni adlı qız Amerikanın "Dr. Fil" şousunda ən yaxın dostu Ginanın atası Devidlə münasibətini açıqlayıb. 

Amerikalının sözlərinə görə, o, 23 yaşlı Ginanı 49 yaşlı valideyni ilə Yeni il gecəsi tanış edib. Coni sonradan bilib ki, rəfiqəsi Devidlə yaxınlaşıb və onunla cinsi əlaqəyə başlayıb, sonra ondan hamilə qalıb.

Coni atası ilə uzun illər gərgin münasibətdə olduğunu və indi ondan tamamilə uzaqlaşdığını etiraf edib. O, Ginanı özündən 26 yaş böyük kişi ilə sadəcə pulunu xərcləmək üçün münasibətə girən “qızıl axtaran” adlandırıb. “Atam bu münasibətə çox yüngül yanaşır. Onun oyanması lazımdır” - Coni bildirib.

Gina öz növbəsində Devidə maddi vəziyyətinə görə aşiq olduğunu inkar edir. O qeyd edib ki, özü lisenziyalı kosmetoloqdur və pulunu qazanır. Devid də qızının ifadələrini təkzib edib və Gina ilə olmaqdan xoşbəxt olduğunu vurğulayıb. “Yaş fərqinə baxmayaraq, əla münasibətimiz var” deyə kişi dilə gətirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5700
avatar

Oxşar yazılar