Dünyanın ən təmiz çimərlikləri –  SİYAHI
30 may 2021 05:14 (UTC +04:00)

Dünyanın ən təmiz çimərlikləri – SİYAHI

İspaniyaya dünyanın ən təmiz çimərliklərinə sahib ölkə adı verilib.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə məlumat hər il suyun yüksək standartlara cavab verdiyi və təhlükəsiz üzmək üçün yararlı olan çimərliklərə və sahildə xüsusi təchiz olunmuş yerlərə verilən “Mavi bayraq” mükafatının saytına yerləşdirilib.

Mükafata məsul olan Ekoloji Təhsil Fondu (FEE), hər birində suyun keyfiyyətini qiymətləndirərək dünyanın 49 ölkəsinin reytinqini hazırlayıb.

Sıyahıda birinci yeri İspaniya tutur – krallıqdakı 614 çimərlikdə çirklənmə aşkar olunmayıb.

İkinci sırada Yunanıstan (545 təmiz çimərlik), üçüncüdə 519 təmiz çimərliklə Türkiyədir.

Siyahıya 410 çimərliklə Fransa, 416 çimərliklə İtaliya, 372 çimərliklə Portuqaliya, 168 çimərliklə Danimarka və 56 çimərliklə Niderland da düşüb. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2457
avatar

Oxşar yazılar