Dünyanın 20 ən böyük  kəşfiyyat orqanının   rəhbərləri gizli görüşdü
05 iyun 2023 00:13 (UTC +04:00)

Dünyanın 20 ən böyük kəşfiyyat orqanının rəhbərləri gizli görüşdü

Sinqapurda keçirilən təhlükəsizlik sammiti çərçivəsində dünyanın 20-yə yaxın ən böyük kəşfiyyat qurumunun rəhbərləri gizli görüş keçirib. 

Lent.az-ın məlumatına görə, “Reuters” öz mənbələrinə istinadən xəbər verir ki, onlar Ukraynadakı münaqişə, beynəlxalq cinayətkarlıq və digər məsələləri müzakirə ediblər.

KİV-in məlumatına görə, görüşdə ABŞ, Hindistan və Çinin kəşfiyyat rəhbərləri iştirak ediblər. İştirakçılar arasında ABŞ Milli Kəşfiyyatın direktoru Evril Heyns və Hindistan Kəşfiyyatının Tədqiqat və Təhlil Şöbəsinin direktoru Samant Qoel də olub. Rusiya tərəfi görüşdə iştirak etməyib.

Qeyd olunur ki, belə görüşlər hər il Sinqapur hökuməti tərəfindən təşkil olunur. Görüşlər gizli keçirilir. Əvvəllər belə hadisələr qeydə alınmırdı. “Reuters” öz mənbələrinə istinadən yazır ki, belə “görüşlər beynəlxalq kölgə gündəliyinin mühüm elementidir”, “tərəflərin niyyətlərini və əldə etməyə çalışdıqları nəticəni dərindən dərk etməyə” kömək edir.
 

# 1773
avatar

Oxşar yazılar