Dünyada  İLK ÖLKƏ:   bütün əhali COVID-19-a qarşı peyvəndləndi
29 noyabr 2021 19:27 (UTC +04:00)

Dünyada İLK ÖLKƏ: bütün əhali COVID-19-a qarşı peyvəndləndi

Bu günə qədər davam edən koronavirus pandemiyası milyonlarla insanın həyatına son qoyub və bu, son deyil. Afrikada isə virusun yeni ştammı aşkar edilib.
 
Lent.az xarici mediaya istinadla bildirir ki, xəstəliyə qarşı peyvənd olsa da, bütün ölkələr əhalini dərmanla təmin edə bilmir. Peyvənd proqramını tamamlayan ilk ölkə isə var.
 
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) peyvənd proqramı rəsmən başa çatıb. Ölkənin bütün əhalisi peyvəndin ən azı bir dozasını aldı. Bu barədə BƏƏ-nin səhiyyə məlumat yayıb.
 
Ümumilikdə, peyvəndin təxminən 22 milyon dozası tətbiq edilib. Əhalinin 100 faizi (yəni ölkənin bütün sakinləri) ən azı bir inyeksiya dozası, 90 faiz isə iki inyeksiya alıb. BƏƏ-də üç yaşından uşaqlar da koronavirusa qarşı peyvənd oluna bilər.
 
Əmirliklərdə ümumilikdə 10 milyona yaxın insan yaşayır (daha dəqiq desək - 2020-ci ilə olan məlumata görə 9 890 400 nəfər). Koronavirus pandemiyasının başlandığı gündən ölkədə 741 mindən çox COVID-19 infeksiyasına yoluxma halı qeydə alınıb. Ölənlərin sayı 2 145 olub.
 
Hazırda Birləşmiş Ərəb Əmirliklərinin səlahiyyətliləri, əhalinin tam peyvənd olunmasına baxmayaraq, Afrika ölkələri ilə hava nəqliyyatını bağlamaq qərarına gəlib.
 

# 2100
avatar

Oxşar yazılar