Yelena Maksimova
05 fevral 2023 15:31 (UTC +04:00)

Yelena Maksimova

“Dünya gözəli” seçildi-FOTO

Rusiya təmsilçisi ilk dəfə “Dünya gözəli” seçilib.

Lent.az-ın xəbərinə görə, Udmurtiya sakini Yelena Maksimova evli qadınlar arasında 2022-ci ilin “Dünya gözəli” seçilib.

Bu il beynəlxalq gözəllik müsabiqəsi 30 yanvar - 5 fevral tarixlərində Sofiya şəhərində keçirilib. Müsabiqənin fevralın 4-də keçirilən final mərhələsində 34 yaşlı Yelena Maksimova qalib olub.

Müsabiqənin finalında Çin, Tailand, Filippin, Yaponiya, Hindistan, Belarus, Ukrayna, Almaniya, İspaniya, ABŞ və digər 120 ölkənin təmsilçiləri iştirak ediblər. 2007-ci ildən keçirilən müsabiqədə ilk dəfə Rusiya təmsilçisi birinci yeri tutub.

Qeyd edək ki, iki uşaq anası olan Yelena Maksimova Udmurtiyanın Qıya kəndində anadan olub, hazırda İjevskdə dil mərkəzləri şəbəkəsinə rəhbərlik edir. 2021-ci ildə Rusiyada gözəllik müsabiqəsində ikinci yerin sahibi olub və bu da ona beynəlxalq müsabiqənin növbəti mərhələsində iştirak etmək hüququ verib.

# 1539
avatar

Oxşar yazılar

Türkiyədə 18 nəfər prezident olmaq istəyir

Türkiyədə 18 nəfər prezident olmaq istəyir

21 mart 2023 , 13:47
Maduro nazirlə bağlı qərar verdi

Maduro nazirlə bağlı qərar verdi

21 mart 2023 , 09:13
Bu ölkədə güclü zəlzələ oldu

Bu ölkədə güclü zəlzələ oldu

21 mart 2023 , 08:16
Məşhur müğənni yenə mini ətəyi ilə məşhurlaşdı - FOTO

Məşhur müğənni yenə mini ətəyi ilə məşhurlaşdı - FOTO

21 mart 2023 , 06:29
Tramp həbs olunmayacaq

Tramp həbs olunmayacaq

21 mart 2023 , 05:59
Şimali Koreya  ABŞ-la müharibəyə   hazırlaşır: 1 milyondan çox insan  orduya yazıldı

Şimali Koreya ABŞ-la müharibəyə hazırlaşır: 1 milyondan çox insan orduya yazıldı

21 mart 2023 , 05:23
Rus raketləri Krımda vuruldu

Rus raketləri Krımda vuruldu

21 mart 2023 , 04:59
TIR-la minik maşını toqquşdu, ölən və yaralananlar var

TIR-la minik maşını toqquşdu, ölən və yaralananlar var

21 mart 2023 , 04:18