Dörd ayı ər-arvadı parçaladı
29 fevral 2024 14:03 (UTC +04:00)

Dörd ayı ər-arvadı parçaladı

Hindistanda cütlük 4 ayı tərəfindən parçalanıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, hadisə fevralın 26-da Racastan ştatında baş verib. Sirohi şəhərində 4 vəhşi heyvan ər və arvadın üstünə hücum çəkib. Qadın daha ağır yaralanıb. Ayılar onun hər iki qolunu sındırıb və ağır kəllə-beyin travmasına səbəb olub.

Zərərçəkənlər xəstəxanaya çatdırıldıqdan sonra həkimlər qadının vəziyyətinin məhz kəllə-beyin travması səbəbindən çox ağır olduğunu bildiriblər. Kişinin hansı xəsarətlər aldığı barədə məlumat verilmir.

Qeyd olunur ki, son vaxtlar Sirohi və Abu dağı yaxınlığında ayılara tez-tez rast gəlinir. Heyvanlar yemək axtarmaq üçün yaşayış məntəqələrinin kənarlarına gəlirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3912
avatar

Oxşar yazılar